Eşqin gözü kordur, yoxsa kor olmağa başlamış könülləri nurlandıran bir işıq? Hisslərimizi qəlbimiz istiqamətləndirir, yoxsa məntiqimiz? Bəs xoşbəxtlik... Xoşbəxtlik, əlimizi açıb diləndiyimiz xəyallarımızda gizlənib, yoxsa əlimizin altındakı həqiqətlərdə?
*Eşqin İzində* əsəri yalnız qalmış bir ürəyin ümidə olan səfərinin üç günündən bəhs edir. Əslinin baxmaq əvəzinə görməyi seçməsiylə Cəmil ilə yolları kəsişir. Əslinin axtardığı uzaqlarda deyil, bir nəfəs qədər yaxınlığındadır.