3 cilddən ibarət olan “Dövlətin açarı” romanı macəra janrındadır. I cildi artıq oxuculara təqdim olunub, hal-hazırda II cild onların öhdəsinə buraxılır. Tarixi mənbələrə istinadən Azərbaycan
ərazisində yaranmış qədim dövlətlər, qurucuları, çoxlarının adı xalqımıza məlum olan və olmayan hökmdarlar, sərkərdələr, elm, incəsənət, ədəbiyyat sahəsində öz sözünü demiş insanlar haqqındadır. Kitabda baş verən hadisələr bizim eradan əvvəldən başlamış ta 1828-ci ildə imzalanmış “Türkmənçay müqaviləsi” nə qədər olan dövrü əhatə edir və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı 3 gənc elmi işçisinin apardığı macəra dolu tədqiqatlarından